Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyədən Qazaxıstana gedən yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Newscenter.az DGK-ya istinadən bildirir ki, yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilən iki adda 3400 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
R.Mehdiyeva