2022-ci ilin əvvəlindən bu günə kimi hərəkətdə olan “Stadler” qatarlarına 30 dəfədən çox daş atılıb.
Newscenter.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, bu vandalizm hərəkətləri qatarlara ziyan vurmaqla hərəkətin təhlükəsizliyinin təmin edilməsinə ciddi maneə yaradır.
"Xatırladaq ki, qatara ziyan vuranlar Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunurlar".
Səhmdar Cəmiyyət qatara daş atanların əksəriyyətinin azyaşlı olduğunu nəzərə alaraq valideynlər, məktəblər və icmaları tərbiyələndirmə işləri aparmağa çağırır.
R.Mehdiyeva