Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdəmir sakinindən marixuana götürülüb

Kürdəmir sakinindən marixuana götürülüb


Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayonun Atakişili kənd sakini Razim Kərimov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 375 qram olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayonun Pirili kənd sakini Nofəl Zeynalov da saxlanılıb. Onun üzərindən isə kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb.

Hər iki faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş