Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşada may ayından bəri 31 şəxsə məxsus insan meyitinin qalıqları aşkarlanıb

Şuşada may ayından bəri 31 şəxsə məxsus insan meyitinin qalıqları aşkarlanıb


“Şuşada may ayından bu yana aparılmış axtarışlar nəticəsində ən azı 31 şəxsə məxsus insan meyitinin qalıqları aşkar edilib”.

Newscenter.az xəbər verir ki, bu sözləri “Report”un Şuşaya ezam olunmuş əməkdaşına açıqlamasında Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev deyib.

Şöbə rəisinin sözlərinə görə, onların Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülərək burada saxlanılan azərbaycanlılara məxsus olması ehtimal edilir:

“Həbsxanada saxlanılan azərbaycanlılara qəddarcasına işgəncə verilməklə, döyülməklə, başları kəsilməklə, itlər üstlərinə buraxılmaqla, yaralı və halsız insanları donuzlara yedizdirməklə və bu kimi digər işgəncələr etməklə qətlə yetirilmiş, elə buradaca basdırılmışdır”.

Xatırladaq ki, Şuşa şəhərində növbəti kütləvi məzarlıq tapılıb. Belə ki, avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa türməsi ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub.
Xəbəri paylaş