Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ünlü futboolçu "Beşiktaş"la yollarını ayırdı -ÖZƏL

Ünlü futboolçu "Beşiktaş"la yollarını ayırdı


2019-cu ildə "Tottenhem"dən "Beşiktaş"a keçən Georges-Kevin N'Koudou bundan sonra karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, kamerunlu futbolçu sosial şəbəkə üzərindən yayımladığı mesajla türk klubu ilə vidalaşdığını yazıb.

Səudiyyə Ərəbistanının Birinci Divizion komandası "Damak"a keçən 28 yaşlı cinah oyunçusu "Bu klubun ürəyi olan azarkeşlərə, meydanda mübarizə aparan bütün qardaşlarıma, məşqçilərimə, texniki komandama və rəhbərliyə hər şeyə görə təşəkkür edirəm. 3 kubok qazandığım üçün həmişə fəxr edəcəm. "Beşiktaş"da oynamaq şərəf idi". Beşiktaşa təşəkkür edirəm", deyə-bildirib.

Qeyd edıək ki, kamerunlu futbolçu "Beşiktaş"la 108 oyuna çıxıb və 21 qol vurub.

Oruc Niyazov
Xəbəri paylaş