Ermənistanın müharibə hazırlıqları və şərti sərhəddə canlı qüvvə, silah-sursat toplaması barədə artıq xarici ölkə səfirliklərinin hərbi atteşeləri məlumatlandırılıb. Dünın bu məqsədlə Müdafiə Nazirliyi hərbi atteşelərlə görüş keçirib.
Newscenter.az-ın xəbərinə görə, sözügedən görüş barədə fikirlərini bölüşən Milli Məclisin deputatı Sahib Alıyev deyib ki, Müdafiə Nazirliyinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşelər və beynəlxalq təşkilatların təmsilçiləri üçün brifinq keçirməsini iki baxımdan önəmli sayır:
"Birincisi, bununla bir daha dünyanın diqqətinə çatdırıldı ki, Laçında nəzarət-buraxılış məntəqəsi qurulması və orada yeni rejimin tətbiqi nə ilə bağlıdır. Yəni faktlarla göstərildi ki, Laçın yoluyla Qarabağdakı qanunsuz silahlı birləşmələrə, terrorçu ünsürlərə silah-sursat daşınıb. Azərbaycanın məqsədi qarşı tərəfin iddia etdiyi kimi Qarabağdakı haydillilərlə hayları blokadada saxlamaq yox, bunun qarşısını almaqdır. Onları blokadada saxlamaq istəyən humanitar yüklərin çatdırılması üçün daha rahat marşrut, yəni Ağdam-Xankəndi yolunu yolunu təklif etməzdi".
Deputat birifində digər mühüm əhəmiyyət kəsb edən məqama da toxunub:
"Brifinqdə Qarabağdakı qanunsuz silahlı birləşmələrin yerləşdikləri məntəqələrin dəqiq yerlərinin göstərilməsi o demək idi ki, Azərbaycan istənilən an onları məhv edə bilər. Bunun üçün bütün hazırlıqlar görülüb. Əminəm ki, həmin brifinqdə göstərilənlər heç də təsbit edilən terrorçu yığnaqlarının hamısı deyildi. Onların harada yerləşdikləri isə məhv edildikdən sonra sərgilənəcək".
Anar Əliyev