Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi qeyd edilib -ÖZƏL

Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi qeyd edilib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər proqramı çərçivəsində Argentinada da bir sıra tədbirlər təşkil edilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov verib. Bildirib ki, bu çərçivədə Azərbaycan və Argentina arasında Diplomatik Münasibətlərin yaranmasının 30 illiyi qeyd edilib. Bu münasibətlə Buenos Ayres şəhərindəki Qlobus Teatrında Azərbaycan klassik musiqisinin konserti təşkil olunub.

Konsertdə xalq artisti, Azərbaycan Opera və Balet Teatrının direktoru Yusif Eyvazov, musiqiçilər və müğənnilər komandası iştirak edib, Gecədə Azərbaycanın klassik və ənənəvi instrumental musiqisi tamaşaçılara təqdim edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş