Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Təhlükəsizlik Şurası Azərbaycana Laçın dəhlizini açma çağrışı etməklə kifayətlənəcək

BMT Təhlükəsizlik Şurası Azərbaycana Laçın dəhlizini açma çağrışı etməklə kifayətlənəcək


“Ermənilərin iddia etdikləri kimi Qarabağda yaşayan ermənilər üçün humanitar böhrandan söhbət belə gedə bilməz”.

Newscenter.az xəbər verir ki, bu fikirləri AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. O bildirib ki, humanitar böhran yaşanılarsa, o zaman öz ölkəsinin humanitar yardımından vətəndaşı imtina edərək xarici ölkənin köməyini israrla istəməz:

“Məncə, BMT Təhlükəsizlik Şurası Azərbaycana Laçın dəhlizini açma çağrışı etməklə kifayətlənəcək. Ona görə ki, hər hansı sənəd o cümlədən qətnamə qəbul etməsi üçün beynəlxalq hüquqi baza da yoxdur. Əlavə olaraq da hazırkı Təhlükəsizlik Şüasındakı üzv dövlətlərin balansı Azərbaycanın xeyrinədir. Düşünmürəm ki, tələb olunan 9 üzv dövlət də ermənilərin yalanlarına uysun və BMT Nizamnaməsinə zidd getsin”.

Əli Oruclunun sözlərinə görə, rəsmi Bakı BMT-yə öz iradını və etirazını qəti şəkildə bildirməlidir ki, Azərbaycanda Dağlıq Qarabağ adlı inzibatı ərazi Vahidi yoxdur, Qarabağ iqtisadi rayonu var.

Anar Əliyev
Xəbəri paylaş