Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Danışıqlar prosesi ilə Ermənistan sülh müqaviləsinin bağlanmasına getməyəcək -ÖZƏL

Danışıqlar prosesi ilə Ermənistan sülh müqaviləsinin bağlanmasına getməyəcək


"Ermənistan Avropa İttifaqının mülki missiyasının fəaliyyətindən istifadə edərək Kəlbəcər, Laçın və Zəngilan istiqamətində artilleriya və zirehli texnika cəmləşdirir. Ermənistan rəhbərliyi sülh danışıqlarında maraqlı olsaydı bu istiqamətdə hərbi qüvvələr cəmləşdirməzdi".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Politoloq deyib ki, Ermənistan iki istiqamətdə hərbi eskalasiyaya hazırlaşır:

"Birinci şərti sərhəddə, ikinci, Qarabağda saxladığı hərbi birləşmələr vasitəsilə. Artıq Qarabağda da hərbi birləşmələr artilleriya və zirehli texnikaları döyüş mövqelərinə cəmləşdirir".

Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan Azərbaycana qarşı humanitar şoudan istifadə edərək beynəlxalq təzyiqin formalaşdirılmasına nail olduqdan sonra, hərbi təxribatlara gedə bilər:

"Ona görə də Azərbaycan prosesləri qabaqlamali və düşmənin dayaq məntəqələri və döyüş postlarının dağıdılmasına başlamalıdır. Danışıqlar prosesi ilə Ermənistan sülh müqaviləsinin bağlanmasına getməyəcək".

Anar Əliyev
Xəbəri paylaş