Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) səhiyyə nazirlərinin üçüncü toplantısı başlayıb.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə TDT-nin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Səmərqənddə eyni zamanda ikinci TDT Tibb Konfransı keçirilir.
Hər iki iclas çərçivəsində TDT-də səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunacaq.
Tədbiri giriş sözü ilə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev açıb. O, türk dövlətləri arasında səhiyyə sahəsindəki əməkdaşlıqdan danışıb.
Azərbaycanı tədbirdə səhiyyə naziri Teymur Musayev təmsil edir.
İclaslar sabah da davam edəcək.