Türkiyədə isti yay günlərinin temperatur rekordu qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə açıqlamanı ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki verib. Nazir bildirib ki, ölkə üzrə ən yüksək temperatur Əskişəhərin Sarıcakaya rayonunda qeydə alınıb. Burada havanın temperaturu 49,5 dərəcəyə qədər qalxıb.
Nazir bildirib ki, bundan əvvəl isə temperatur rekordu 20 iyul 2021-ci ildə Şırnakda qeydə alınmışdı. Həmin vaxt havanın temperaturu 49,1 dərəcə olub.
Mehman Mehdiyev