Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədən ən çox viza müraciətini rədd edən ölkə Almaniyadır -ÖZƏL

Türkiyədən ən çox viza müraciətini rədd edən ölkə Almaniyadır


Türkiyədən ən çox viza müraciətini rədd edən ölkələr sırasında Almaniya ilk sırada gəlir.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, 2022-ci ildə Türkiyə vətəndaşlarının Şengen vizası müraciətlərinin 40 faizi Almaniya səfirliyi tərəfindən rədd edilib.

Göstərilən müddət ərzində Türkiyə vətəndaşları tərəfindən Ankara, Ədirnə, İstanbul və İzmir konsulluqlarına edilən 120 876 viza müraciətinin 39,7 faizinə rədd cavabı gəlib.

Şengen statistikasına görə, türklərin Almaniyaya etdikləri viza müraciətlərinin ümumi sayı 223 min 699 olub. 174 min 929 müraciət müsbət qarşılanarkən, çoxdəfəlik vizaların payı 78,2 faizə çatıb. 2022-ci ildə türklərə 504 min 220 çoxdəfəlik viza verilib. Bunlardan 173 980-i və ya 34,5 faizi Almaniya hakimiyyəti tərəfindən verilib.

Mehman Mehdiyev
Xəbəri paylaş