Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri və hərbi nümayəndələr Ağdama səfər çərçivəsində Ağdam Konfrans Mərkəzində olublar.
Newscenter.az bildirir ki, bu barədə “Report”un Ağdama ezam olunmuş müxbiri məlumat verib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ağdam Konfrans Mərkəzinin inşa tarixi və tutumu barədə qonaqlara məlumat verib.