Bəzi Kütləvi İnformasiya Vasitələrində Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərovun "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini (ASCO) məhkəməyə verməsi barədə məlumat yayılıb.
Newscenter.az-ın xəbərinə görə, bununla əlaqədar Xəzər Dəniz Gəmiçiliyi bildirir ki, sözügedən məlumat əsassızdır və həqiqəti əks etdirmir:
"Media nümayəndələrindən xahiş edirik ki, sensasiya naminə reallığı əks etdirməyən məlumatların gələcəkdə yayılmaması, habelə bu kimi halların təkrarlanmaması məqsədilə həmin məlumatı dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünü ASCO-nun İctimaiyyətlə əlaqələr departamenti ilə dəqiqləşdirəsiniz".
Anar Əliyev