Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankarada bomba həyəcanı -ÖZƏL

Ankarada bomba həyəcanı


Türkiyənin paytaxtı Ankara şəhərində bomba həyəcanı yaşanıb. Newscenter.az haber7.com-a istinadən bildirir ki, hadisə Çankaya rayonunun Gənçlik prospektində baş verib. Küçədə səkiyə qoyulan çantanı bir müddət heç kim götürməyincə ətrafdakı vətəndaşlar bomba ehtimalı ilə polisə məlumat veriblər.

Hadisə yerinə polis və bomba zərərsizləşdirilməsi üzrə mütəxəssis gəlib. Polis qrupları prospekti avtomobillərə və piyadalara bağlayarkən, bomba zərərsizləşdirmə mütəxəssisi təhlükəsizlik tədbirləri aldıqdan sonra şübhəli çantanı idarəli şəkildə partladıb. Çantada şəxsiyyəti hələlik müəyyən edilməyən bir nəfərə aid paltar və yumurta qutularının olduğu müəyyən edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş