Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı hakim beynəlxalq yarışa təyinat alıb

Azərbaycanlı hakim beynəlxalq yarışa təyinat alıb


Azərbaycan Voleybol Federasiyasının həkimi, Avropa Voleybol Konfederasiyasının (CEV) Tibb Komissiyasının üzvü Vüsalə Kazımova beynəlxalq yarışa təyinat alıb.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, həmyerlimiz oğlan və qız voleybolçular arasında keçiriləcək çimərlik voleybolu üzrə U-20 Avropa çempionatında iştirak edəcək.

Kazımova 17-20 avqust tarixlərində Latviyanın Riqa şəhərində keçiriləcək turnirin oyunlarına CEV-in tibbi nümayəndəsi olaraq nəzarət edəcək.

Oruc Niyazov
Xəbəri paylaş