Rusiya Dunay çayı sahlindəki taxıl anbarlarına və limanlarına zərbə endirə bilər.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, bu fikirləri BMT Baş katibinin sözçünün müavini Farhan Haq səsləndirib. O bildirib ki, Birləşmiş Millətlər Təşkilatı belə bir xoşagəlməz olayın baş verə biləcəyindən çox narahatdır:
"Biz taxıl və digər zəruri ərzaq məhsulları üçün obyektlərə edilən hücumdan çox narahatıq".
Qeyd edək ki, Ukrayna Avropaya qida məhsullarının daşınması üçün Qara dənizə alternativ olan Dunay çayı marşrutundan istifadə edir.
Mehman Mehdiyev