Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT TŞ-də müzakirələr bütün separatçı hərəkatların, qüvvələrin məğlubiyyətidir -ÖZƏL

BMT TŞ-də müzakirələr bütün separatçı hərəkatların, qüvvələrin məğlubiyyətidir


"BMT Təhlükısizlik Şurasında müzakirələr yalnız ermənilərin deyil, bütün separatçı hərəkatların, qüvvələrin məğlubiyyətidir. Azərbaycanın separatçı qüvvə və ideologiyalara bütövlükdə böyük zərbəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zaur İbrahimli səsləndirib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının separatçılar lehinə hər hansı qərarı bütün dünyada separatçı hərakatlara qol-qanad verərdi:

"Çox pis bir president yaranardı. İndiki həssas və Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda BMT TŞ separatçılara böyük hədiyə olardı. Son illər onsuz da milli suverenlik məsələləri daha aktuallaşıb, COVİD pandemiyası da göstərdi ki, qloballaşma potensialı bu zaman üçün maksimuma çatıb və bundan irəli getmək mümkün deyil. Azərbaycanın hazırda apardığı siyasət bütövlükdə region və dünyada separatizmə qarşı böyük zərbədir".

Anar Əliyev
Xəbəri paylaş