Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buğda ticarəti 10 milyon ton azalacaq -ÖZƏL

Buğda ticarəti 10 milyon ton azalacaq


Dünya buğda ticarətinin 2023/2024-cü məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 10 milyon ton azalaraq 209 milyon ton olacağı proqnozlaşdırılır.

Newscenter.az xəbər verir ki, bu barədə məlumat Aqrar Tədqiqatlar Mərkəzimnin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya bazarı konyukturasına dair icmalında əksini tapıb.

İcmalda qeyd edilib ki, Çində ilin əvvəlinə olan qalıq həcminin 2022/2023-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı gözlənilir.

Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2023/2024-cü məhsul ilində istehsal həcminin 6.7% azalaraq 134.9 milyon ton, ixracın isə 5.9% azalaraq 70.0 milyon ton olacağı proqnozlaşdırılır

Natiq Orucov
Xəbəri paylaş