Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın səsini təqlid edən fırıldaqçılar saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, fırıldaqçılar Milli İstihbarat Təşkilatının həyata keçirdiyi əməliyyat nəticəsində ələ keçiblər.
Məlumata görə, saxlanılan şəxslər süni intellektlə prezident Ərdoğanın səsini təqlid edərək iş adamlarını və yüksək vəzifəli dövlət məmurlarını aldatmağa çalışıblar.
Mehman Mehdiyev