Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan hərbi təxribatlarını intensivləşdirə bilər -ÖZƏL

Ermənistan hərbi təxribatlarını intensivləşdirə bilər


Nəhayət ki, BMT Təhlükəsizlik Şurasının gözlənilən fövqəladə iclası baş tutdu. Əvvəlcədən də proqnozlaşdırıldığı kimi sözügedən iclas Ermənistanın ümidlərini doğrultmadı. Növbəti dəfə diplomatik məğlubiyyət acısı yaşayan Ermənistana digər bir zərbə Azərbaycanın təklifinə razılaşmaq tövsiyəsi oldu. Əksəriyyətin mövqeyi ondan ibarət oldu ki, Ermənistan Bakının humanitar yüklərin daşınması üçün təklif etdiyi Ağdam-Xankəndi yoluna razılaşsın.

Maraqlıdır ki, Ermənistanın bundan sonra atacağı addımlar nədən ibarət ola bilər. Bir çoxları hesab edirlər ki, Ermənistan BMT səviyyəsində üzləşdiyi məğlubiyyətin acısını digər cəbhələrdə edəcəyi təxribatlarla çıxmağa çalışacaq. Xüsusilə, bu aralar şərti sərhəd boyunca mövqelərimizə erməni hücumlarının olacağı istisna edilmir. Elə hərbu ekspert Ədalət Verdiyev də belə hesab edir.

Newscenter.az-ın xəbərinə görə, Ədalət Verdiyev deyib ki, bütün cəbhələrdə məğlub olan Ermənistan hakimiyyəti yeni təxribatlara əl ata bilər. Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti daxili auditoriyanin diqqətini BMT Təhlükəsizlik Şurasının son fəaliyyətindən yayındırmaq üçün hərbi təxribatlarini intensivləsdirə bilər.

Anar Əliyev
Xəbəri paylaş