Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın növbəti diplomatik uğursuzluğu -ÖZƏL

Ermənistanın növbəti diplomatik uğursuzluğu


"BMT Təhlükəsizlik Şurasında Qarabağa dair vəziyyətin müzakirəsi və müzakirə zamanı İrəvanı qane edən qərarın qəbul edilməməsi Ermənistanın növbəti diplomatik uğursuzluğudur".

Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, İrəvanın gözləntilərindən fərqli olaraq müzakirə zamanı əksəriyyət Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və rəsmi Bakının humanitar yardım üçün təklif etdiyi Ağdam-Xankəndi marşrutunu təqdir etdiyini bildirdi:

"Bir sözlə Ermənistan rəhbərliyi, lobbisi və bir sıra ermənipərəst dairələrin aylarla çalışdığı BMT canfəşanlığı iflasa uğradı".
Arzuman Muradlı deyib ki, BMT Təhlükəsizlik Şurasının son iclası Ermənistanla bərabər həm də Fransanın diplomatik məğlubiyyəti sayıla bilər:

"Çünki sözügedən müzakirənin keçirilməsi ideyası Parisdən gəlmişdi və Ermənistan Fransanın təhriki ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi. Ona görə də sözügedən iclasın nəticəsini Bakının İrəvan və Paris üzərində diplomatik uğuru kimi xarakterizə etmək olar".

Anar Əliyev
Xəbəri paylaş