"Rəsmi İrəvanın, hər dəfə iflasa uğrayan cəhdləri nəticəyə varmasa da, sülh prosesinə zərbə vurur və bundan sonra Ermənistanın sülhdən hansı haqla və necə danışacağı bəlli deyil".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli səsləndirib. Millət vəkili qeyd edib ki, Azərbaycan 30 ilə yaxın zaman kəsiyində sülh olmadan nəinki yaşaya, hətta regionun lider dövlətinə, qlobal proseslərin fəal aktoruna çevrilə bildi:
"İşğala son qoymaq potensialına malik ordu qurdu, regionun enerji və nəqliyyat habı olmaq missiyasına sahibləndi. Bu baxımdan, bizim sülh olmadan da yaşamaq, inkişaf etmək təcrübəmiz var. Amma Azərbaycanın getdikcə artan iqtisadi və hərbi gücü, eləcə də ölkəmizin müttəfiqlərinin regional və qlobal proseslərə yön vermək potensialı, bu potensialın yüksələn xətlə inkişafı perspektivi Ermənistanın bir dövlət olaraq, mövcudluğu üçün sülhdən başqa yol qoymur. Bu baxımdan, sülh olmayacaqsa, deməli Ermənsitan itirilən hər günün hesabını ödəməli olacaq".
Anar Əliyev