Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Frankfurt hava limanını su basdı -ÖZƏL

Frankfurt hava limanını su basdı


Almaniyanın cənub-qərb və mərkəzi bölgələrində təsirli olan şiddətli yağış sel daşqınlarına səbəb olub. Newscenter.az "Haber Global"-a istinadən xəbər verir ki, Hessen ştatının Frankfurt şəhərində küçələri, yeraltı keçidləri, zirzəmiləri və qatar stansiyalarını su basıb. Frankfurt hava limanında perron gölə çevrilib və təyyarələr suda qalıb.

Hava limanını su basması nəticəsində 70-ə yaxın reys təxirə salınıb, Frankfurt hava limanına gələn 23 reys isə başqa hava limanlarına yönləndirilib. Hava limanında yerüstü xidmətlər 2 saatdan çox dayandırılıb və sərnişinlərə uçuş vaxtından 2,5 saat əvvəl hava limanında olmaları barədə xəbərdarlıq edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş