Dünya birjalarında iyun ayında buğdanın qiymətində artım müşahidə olunsa da, iyul ayında qiymət yenidən düşüb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumat Aqrar Tədqiqatlar Mərkəzimnin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya bazarı konyukturasına dair icmalında əksini tapıb. Qeyd edilib ki, qiymətlər əvvəlki aya nisbətən 2.9 faiz azalaraq 252 ABŞ dolları/ton səviyyəsində qərarlaşıb.
Rusiya buğdasının ixrac qiymətində 2022-ci ilin iyul ayından başlayan azalma trendi 2023-cü ilin iyul ayında cüzi artımla əvəz olunub. İyul ayında buğdanın qiyməti əvvəlki aya nisbətən 2.2% artaraq 235 ABŞ dolları/ton təşkil edib.
Natiq Orucov