Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kür çayı üzərində yeni dəmiryolu körpüsü istismara verilir

Kür çayı üzərində yeni dəmiryolu körpüsü istismara verilir


Kür çayı üzərində yeni dəmir yolu körpüsü istismara verilir.

Newscenter.az "Azərbaycan Dəmir Yolları"na istinadən bildirir ki, Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Ələt-Osmanlı hissəsindəki dəmiryol körpüsü yenidən qurulub və ona paralel yeni körpü inşa edilib.

Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən bu körpülərin hər birinin uzunluğu 270,5 metr, eni isə 5,7 metrdir. Hər iki körpünün layihələndirilməsi 100% yerinə yetirilib, tikinti işlərinin 98%-i yekunlaşıb.

Bu körpülər dəmir yolu ilə yüklərin daha intensiv daşınmasında önəmli rol oynayacaq. Yaxın zamanda körpülərin tam istimara verilməsi planlaşdırılır.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş