LATAM Hava Yollarının pilotu İvan Andaur Mayamidən Çiliyə uçarkən təyyarənin tualetində dünyasını dəyişib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, Boeing 787 tipli təyyarə ilə Mayamidən Santyaqoya uçan İvan Andaur özünü narahat hiss edərək təyyarənin tualetinə gedib. Bir müddət xəbər olmayan pilotun tualetdə öldüyü məlum olub.
Təyyarədə olan iki köməkçi pilot Panama Siti hava limanında təcili eniş edib. İlkin məlumata görə, pilot ani infakrtdan dünyasını dəyişib.
Mehman Mehdiyev