Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ ərazisində heç bir humanitar problem yoxdur -ÖZƏL

Qarabağ ərazisində heç bir humanitar problem yoxdur


"Hər dəfə ermənilərin arxasına düşüb getmək adətimizdən əl çəkə bilmirik. İndi də humanitar yardım terminindən tutub gedirik".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, humanitar yardım üçün əvvəla ərazidə hansı şərtlər mövcuddur ki, buna belə don geyindirirk? Politoloq deyib ki, erməni bunu məqsədli şəkildə ərazidə humanitar böhran olduğunu bəyan etmək üçün edir və BQXK də bu işin içərisinə daxil edir və öz arqumentlərini möhkəmləndirir:

" Biz də humanitar yüklər, humanitar məqsədlər, humanitar yardım, humanitar nələr deyib, düşmüşük ermənilərin arxasınca. Qarabağ ərazisində heç bir humanitar problem yoxdur və humanitar məqsədlərlə də nə dəstəyə, nə də təşkilatlara ehtiyac yoxdur. Əgər ərazi Azərbaycanın ərazisidirsə və bu, həqiqətən də belədir, onda Azərbaycan dövləti əvvəla istənilən dəstəyi özü etməlidir. İkincisi, ərazidə yerləşmiş erməni mənşəli əhali istədiyi yükü və ərzaq da daxil, lazım olan bütün təlabat mallarını sərbəst şəkildə hər iki istiqamətdə daşımaqda sərbəstdir. Buna heç kim mane olmur, sadəcə Azərbaycan dövləti bundan xəbərdar olmalıdır və nəzarət etməlidir".

Anar Əliyev
Xəbəri paylaş