“Stadler” qatarlarının maşinistləri xüsusi təhlükəsizlik qolbağı ilə təmin olunurlar.
Newscenter.az Azərbaycan Dəmir Yollarına istinadən bildirir ki, qatarı idarə edən zaman həmin qolbaq maşinistin ürək ritminə nəzarət edir.
Maşinistin səhhətində hər hansı problem yaranarsa, qolbaq təhlükəsizlik sisteminə xəbərdarlıq ötürür. Əgər maşinist işə davam edə biləcəyini təsdiq edən düyməni vaxtında sıxmazsa, avtomatlaşdırılmış xəbərdarlıq sistemi 7-8 saniyə sonra qatarın təhlükəsiz dayanmasını təmin edir.
R.Mehdiyeva