Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Toni Bleyer hakimiyyətə qayıdır -ÖZƏL

Toni Bleyer hakimiyyətə qayıdır


Böyük Britaniyanın keçmiş baş naziri Tony Blair 16 illik fasilədən sonra yenidən hakimiyyətə qayıtmaq barədə düşünür.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, sabiq baş nazirin ana müxalifətdəki Leyboristlər Partiyasında adı çəkilir. ABŞ-ın İraqın işğalında iştirakı ilə xüsusilə yadda qalan Bleyer Böyük Britaniyada seçkilər yaxınlaşdıqca daha tez-tez siyasi səhnədə görünür.

Ehtimal edilir ki, 2025-ci ilin yanvar ayında bu ölkədə keçiriləcək seçkilərdə Toni Bleyer Leyboristlər Partiyasının əsas namizədləri sırasında yer alacaq.

Mehman Mehdiyev
Xəbəri paylaş