Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının Paris və İrəvan üzərində diplomatik qələbəsi -ÖZƏL

Bakının Paris və İrəvan üzərində diplomatik qələbəsi


“BMT Təhlükəsizlik Şurasının ötən gün keçirilən fövqəladə iclasında diplomatik uğursuzluğa təkcə Ermənistan düçar olmadı. Həmçinin başda Fransa olmaqla işğalçı Ermənistana havadarlıq edən ölkələrə də bu uğursuzluqdan pay düşdü”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov BMT Təhlükəsizlik Şurasının ötən gün Qarabağdakı vəziyyətə dair apardığı müzakirənin yekunlarını şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, BMT Təhlükəsizlik Şurasında sözügedən müzakirənin keçirilməsi ideyası Parisdən gəlmişdi:

“Bu, Fransa və Ermənistanın artıq ikinci cəhdi və iflası, diplomatik uğursuzluğudur. Qeyd etmək yerinə düşər ki, 2022-ci ilin dekabr ayında da sözügedən məsələnin BMT Təhlükəsizlik Şurasında qaldırılması cəhdi olmuşdu. Hər iki halda nəticəsiz qaldı”.

İqbal Məmmədov hesab edir ki, son müzakirə və onun nəticələri Bakının təkcə İrəvan deyil, eyni zamanda Paris üzərində diplomatik uğurudur. Millət vəkili onu da deyib ki, İrəvanın gözləntilərindən fərqli olaraq BMT Təhlükəsizlik Şurasında müzakirə zamanı əksəriyyət Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdi və rəsmi Bakının humanitar yardım üçün təklif etdiyi Ağdam-Xankəndi marşrutunu təqdir etdiyini bildirdi:

"Bu həm də onun göstəricisidir ki, məhdud sayda ölkələri çıxmaq şərtilə artıq dünyanın aparıcı dövlətləri Ermənistanın mənasız haray-həşirinə, humanitar şousuna inanmır".

Anar Əliyev
Xəbəri paylaş