Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmən tərəfi növbəti təxribatlara əl atacaq -ÖZƏL

Düşmən tərəfi növbəti təxribatlara əl atacaq


"Artıq Qərb dairələri başa düşür ki, Azərbaycan sülhün tərəfdarıdır və öz suveren ərazisilərini bərpa etmək istəyir. Bunun üçün bütün beynəlxalq normalara uyğun olaraq yekun sülh müqaviləsinin bağlanması naminə 5 maddəlik prinsiplə çıxış edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Ermənistanın və onun üzərindən ölkəmizə qarşı aparılan çirkin planların qarşısını almaq məqsədilə biz bu prinsiplərimizi hər hansı bir şəkildə olursa olsun mütləq həyata kecirməliyik:

"Ermənistanın növbəti dəfə diplomatik tribunada Azərbaycan qarşısında dayana bilməməsi, bizə əsas verir ki, deyək, biz düzgün metodu seçmişik və doğru siyasət aparırıq. Ermənistanın bundan sonrakı atacağı addımlar nə olursa olsun heç bir fayda verə bilməz".

Ekspert hesab edir ki, bununla paralel düşmən tərəfi növbəti təxribatlara əl atacaq:

"Ola bilsin ki bir müddət sonra yenidən BMT -yə müraciət etsinlər. Biz hər şeyə hazır olmalıyıq və düşmənin bütün təxribatlarına cavab vermək üçün ən xırda detallara qədər ayıq sayıqlığımıžı itirməməliyik".

Anar Əliyev
Xəbəri paylaş