"İkinci Qarabağ müharibəsində Azərbaycan qarşısında əzici məğlubiyyət yaşayan və kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalan Ermənistan hərbi-siyasi rəhbərliyi regionda dəyişən geopolitik reallıqlara rəğmən özünün ənənəvi siyasi ritorikasından çıxış etməkdə davam edir".
Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər qzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Ermənistan tərəfi son zamanlar hərbi aktivlik nümayiş etdirir və iki ölkənin şərti sərhədinə hərbi texnika cəmləyir, mühəndis-istehkam işləri həyata keçirir:
"Düşmən ölkədə artan revanşist meyllər və hərbi canlanmanı nəzərə aldıqda İrəvanın yenidən təxribatlar törədəcəyi ehtimalı artır. Ermənistan rəhbərliyi Azərbaycanın sülh çağırışlarına müsbət cavan verməməklə yanaşı özünün silahlanma tendensiyasını davam etdirir və bu situasiya regional təhlükəsizlik üçün ciddi təhdiddir".
AVP rəsmisi deyib ki, uzun illər ərzində Rusiyanın hərbi yardımları fonunda ordusunu formalaşdıran düşmən ölkə, Kremlin mövcud siyasi və hərbi vəziyyətindən yararlanaraq silahlanma üçün alternativ bazarlara üz tutur və həmin ölkələr Fransa, İran, Hindistan üçlüyüdür:
"Hər üç dövlət fərqli siyasi yanaşmalarla regionda gərginliyin artmasında maraqlıdır. Ermənistan istər Fransa, istər Hindistan, istərsədə İrandan istədiyi hərbi avadanlıqları ya hədiyyə olaraq əldə edir, ya da daxili bazar qiymətinə satış həyata keçirilir. Bu isə qarşı tərəfə az maliyyə vəsaiti hesabına çox sayda silah-sursat əldə etmək imkanı qazandırır. Göründüyü kimi Paşinyan rəhbərliyindəki Ermənistan hökuməti Azərbaycan qarşısında müəyyən dividentlər qazanmaq naminə ölkə sərhədlərini kənar qüvvələr üçün açır və bu da regionun gələcək varlığı və inkişafına ciddi təhlükə törədir".
Anar Əliyev