Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

HHM bölmələrində döyüş atışları icra edilib - VİDEO

HHM bölmələrində döyüş atışları icra edilib - VİDEO


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.



Mehman Mehdiyev
Xəbəri paylaş