Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, rayon hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərlərinin növbəti səyyar qəbulu Göydərə kəndində keçirilib.
Newscenter.az xəbər verir ki, qəbulda Kələxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Göydərə, Hilədərə, Hüseynabad, Xocadoy, Kələxan, Kəlvəz, Qışlaq, Məhləabad, Aşağı Amburdərə və Yuxarı Amburdərə kəndlərinin sakinləri iştirak edib.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri problemlər dinlənilib, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olunaraq müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.
Anar Əliyev