UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Türkiyə futbol klubu “Fənərbağça” ilə Sloveniyanın “Maribor” komandası arasında keçirilən qarşılaşmada gərginlik yaşanıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, matçının 67-ci dəqiqəsində tribunada yaranan gərginlik səbəbindən matç dayandırılıb.
Buna səbəb azarkeşlər arasında dava olub. Gərginliyi aradal qaldırmaq üçün “Fənərbaxça” azarkeşlərinin tribunaları boşaltmaları üçün anons edilib.
Oruc Niyazov