"Rusiya nümayəndəsinin BMT-də guya bizim lehimizə çıxışını 44 günlük müharibə ərzində Moskvanın göstərdiyi münasibətlə eyniləşdirməklə xarakterizə etmək lazımdır. Həmin günlərdə də Rusiya özünü konstruktiv aparırdı. Son anda isə etdiyini etdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, indi də eyni situasiyadır:
"Əgər Rusiyanın Qarabağdan çıxması tələb olunacaqsa, son anda yenə də hansısa oyun oynayıb, ərazidə qalmağa çalışacaq. Ona görə indidən elə etmək lazımdır ki, oyunlara yer qalmasın. Rusiya bilsin ki, bu dəfə oyun oynamaq fikrinə düşsə, itirəcəyi çox şey olacaq".
Anar Əliyev