Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Əliyev Rafiq Hacıqulu oğlu Zaporojye istiqamətində həlak olub.
Newscenter.az bildirir ki, "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb.
Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir.
R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.