Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olunub

Vətən müharibəsi iştirakçıları Dövlət Xidmətində həqiqi hərbi xidmətə qəbul olunub


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 44 günlük Vətən müharibəsində iştirak etmiş 9 nəfər veteranı həqiqi hərbi xidmətə qəbul edib. Xidmətə qəbul olunan zaman namizədlərin bilik və fiziki hazırlıq səviyyələri yoxlanılıb.

Newscenter.az-a qurumdan bildirilib ki, 18 avqust 2023-cü il tarixdə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov yeni həqiqi hərbi xidmətə qəbul olunan hərbi qulluqçularla görüşərək, onlara xidməti vəsiqələrini təqdim edib, tapşırıq və tövsiyələrini verib. 9 nəfərdən 1 nəfər mayor, 2 nəfər baş leytenant, 3 nəfər isə leytenant rütbəsi ilə xidmətə qəbul edilib. Həmçinin xidmətə qəbul olunan mülki şəxslərdən 1 nəfərə çavuş, 1 nəfərə kiçik gizir, 1 nəfərə isə leytenant ilk hərbi rütbəsi verilib.

“Çox sevindirici haldır ki, Sizlər – İkinci Qarabağ Müharibəsinin iştirakçıları xidməti davam etmək üçün məhz bizim qurumu seçmisiniz. İstər sülh, istərsə də müharibə dövründə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qarşıya qoyulan məsələlərin həll edilməsində, vətəndaşlarımıza vətənpərvərlik hisslərinin aşılamasında mühüm rola malik hərbi qurumdur. Bu gündən etibarən Siz də bu missiyanın uğurla həyata keçirilməsində rol oynayacaqsınız. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm, çalışın qüsursuz və şərəflə xidmət aparın”, - deyə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov bildirib.

Qeyd edək ki, hərbi xidmətə qəbul olunan veteranlar müharibədə iştirak etdiklərinə görə Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif olunublar.

Anar Əliyev
Xəbəri paylaş