Hər il dünyada 100 minlərlə ton humanitar yardım dəmiryol xətti ilə daşınır.
Newscenter.az bu barədə məlumatı Azərbaycan Dəmir Yollarına istinadən verib. Bildirilib ki, dəmir yolu uzun məsafələrdə böyük yüklərin sürətli və təhlükəsiz daşınması üçün ən ideal nəqliyyat vasitəsidir.
Məlumat üçün qeyd edək ki, bu ilin fevralında ADY Türkiyədə baş vermiş təbii fəlakət zamanı zəlzələdən zərər çəkmiş qardaşlarımıza humanitar yardımın çatdırılmasında fəal iştirak edib. 25 konteynerdən ibarət yük Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 3 gün ərzində Türkiyəyə çatdırılıb.
Ruhiyyə Mehdiyeva