Rusiyanın Qarabağla bağlı siyasəti və ordakı etnik ermənilərlə bir başa bağlığı ölkəmizə qarşı separatizmə və davamlı olaraq təxribatların baş verməsinə səbəb olur. Bu bağlığın heç bir hüquqi əsası olmadığını , heç bir beynəlxalq hüduda əsaslanmadığını hər kəs bilir.
Rusiya xarici işlər naziri Lavrovun, Rusiyanın Qarabağda yaşayan ermənilər üçün 14 maddəlik plan çızması yuxarıda qeyd etdiyim kimi heç bir hüquqi əsası olmayan bir addımdır və bu addım bir başa Azərbaycanın suveren hüquqlarına ziddir və bunun təqdim olunması Azərbaycan torpaqlarına siyasi baxımdan təcavüz hesab olunur. Bildiyimiz kimi Rusiya yalnız 5-illiyinə Qarabağda,,sülhməramlı qüvvələr,, adı altında məhdudlaşdırılmış fəaliyyətlə məşğul ola bilər.Bu fəaliyyət Azərbaycanın konstitusiyası çərçivəsində bağlanmış üçtərəfli sazişə görə rusların fəaliyyəti müəyyənləşib. Bu müəyyənləşmənin xaricində baş verənlər ölkəmizin suverenliyinə təhdiddir və bu kimi təhdidlərdən dolayı Azərbaycan respublikasının Milli Məclisi bu kimi hallardan dolayı,
Qarabağda rusların sülhməramlı qüvvələri adı altında fəaliyyətlərinə yenidən baxılmasını təmin etməlidir. Kimliyindən asılı olmayaraq ölkəmizə qarşı aparılan separatçı və təcavüzkar hərəkətlər öz hüquqi qiymətini almalıdır və lazım gəldikdə fəaliyyətlərinə son verməklə cavab verilməlidir.
Çingiz Şahbazi-siyasi ekspert