Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada səfərdə olan qazilər Azərbaycan-Türkiyə qardaşlıq parkını ziyarət ediblər

Qubada səfərdə olan qazilər Azərbaycan-Türkiyə qardaşlıq parkını ziyarət ediblər


Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilati dəstəyi ilə Quba rayonunda təşkil olunan "Hüququndan keçən əsgər" istirahət düşərgəsində 44 günlük Vətən müharibəsi iştirakçılarının, qazilərin istirahətini səmərəli keçirməsi üçün ekskursiya təşkil olunub.

Newscenter.az xəbər verir ki, düşərgə iştirakçıları ekskursiya zamanı Quba rayonunda yerləşən Azərbaycan-Türkiyə qardaşlıq parkını və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Müharibə iştirakçılarına qardaşlıq parkı və Kompleks haqqında məlumat verilib.

Qeyd edək ki, Azərbaycan-Türkiyə qardaşlıq parkı ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2021-ci mayın 10-da istifadəyə verilib. İstirahət parkının eni 24 m, uzunluğu 60 m, ümumi sahəsi isə 2000 kv/m təşkil edir. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib.

Anar Əliyev
Xəbəri paylaş