Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlığı İnkişafı Fondu və “Marsol Group”un üzvü olan sahibkarlar arasında görüş keçirilib

Sahibkarlığı İnkişafı Fondu və “Marsol Group”un üzvü olan sahibkarlar arasında görüş keçirilib


Sahibkarlığın İnkişafı Fondunun (SİF) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “Sahibkarlar üçün güzəştli maliyyə imkanları” mövzusunda növbəti görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüş çərçivəsində “Marsol Group”un üzvü olan sahibkarlara SİF-in güzəştli kredit mexanizmi barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizminin təqdimatı keçirilib, biznes nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Sona
Xəbəri paylaş