Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəxsiyyət pozuntusu nədir və hansı əlamətləri olur?

Şəxsiyyət pozuntusu nədir və hansı əlamətləri olur?


Cəmiyyətdə, insanlar arasında rast gəldiyimiz mənfi tendensiyalardan biri də şəxsiyyət pozuntusudur. Bəs belə insanlarla necə davranılır?

Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyir ki, şəxsiyyət pozuntusu olan insanlardaki simptomlar tək-tək araşdırılır. Onun sözlərinə görə, mütəxəssis tərəfindən pasiyentin anamnezi toplanır və dəyərləndirilir:

"Şəxsiyyət pozuntusu diaqnozu qoymaq üçün xüsusi laboratoriya testi yoxdur. Amma müayinə zamanı hər hansı vəziyyətdən şübhə ortaya çıxarsa MRT, kompüter tomoqrafiya, qanda alkoqol və ya maddə analizi kimi testlərin nəticələrini istenilə bilər. Əgər tibbi səbəb yoxsa, bu zaman psixoloji və ya psixiatrik müalicə başlanır".

Ülviyyə Murtuzova deyir ki, hər şəxsiyyət pozuntusunun özünəməxsus diaqnoz kriteriyası var:

"Bu diaqnozu qoymaq üçün ən azı bunlardan iki simptomun olması mütləqdir. Bunlar, insanları və hadisələri anlama və sərh forması, emosional reaksiyaların uyğunluğu, insanlara və ya münasibətlərə yanaşma tərzi, reflekslərinə nəzarət etmə formasıdır".

Psixoloqun sözlərinə görə, şəxsiyyət pozuntusu, terapiya olunmadığı təqdirdə durum getdikcə ağırlaşır:

"Vəziyyət ağırlaşdıqca alkoqol və maddə qəbulu başlana, şiddətə meyillilik ola bilər və nəticədə stasionar müalicəyə başlanilmalidir. Bu hal özünə və ətraf insanlara zərər verə biləcək qədər təhlükəlidir".

Anar Əliyev
Xəbəri paylaş