Təhsilin İnkişafı Fondunun əməkdaşlarının Vətən müharibəsi şəhidlərinin xanımları ilə növbəti görüşü Lənkəran rayonunda baş tutub.
Newscenter.az Təhsilin İnkişafı Fonduna istinadən bildirir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən görüş zamanı şəhid xanımları və övladlarının təhsil ehtiyacları, hədəf və gözləntiləri müzakirə edilib, onların təhsilin müxtəlif pillələrində təhsil almalarına dəstək göstərilməsi imkanları müzakirə olunub.
Qeyd edək ki, görüşlərin keçirilməsində məqsəd şəhid ailə üzvlərinin təhsilinin cari vəziyyətinin təhlil olunması, onların şəxsi və peşəkar inkişafına töhfə verəcək layihələrin müəyyənləşdirilməsidir.
R.Mehdiyeva