Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Abşeronda 4 gün əvvəl meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi məlum olub

Abşeronda 4 gün əvvəl meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi məlum olub


Abşeronda 4 gün əvvəl meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi məlum olub.

Newscenter.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Bildirilib ki, avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 1979-cu il təvəllüdlü Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.

Prokurorluq və polis əməkdaşları tərəfindən "isti izlər" əsasında həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq edilən cinayət işi üzrə Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş