ABŞ-da növbəti silahlı insdent yaşanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Vaşinqtonda baş verib. Belə ki, ştatdakı qəlyan dükanına silahlı hücum nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.
Polisin verdiyi məlumata görə, səhər tezdən Sietl şəhərinin Mount Baker məhəlləsindəki qəlyan dükanına silahlı hücum edilib. Hücum zamanı güllə hədəfi olan 22 və 33 yaşlı iki kişi hadisə yerində, 30 yaşlı qadın isə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Polis 21-38 yaşlarında olan altı yaralıdan birinin vəziyyətinin ağır olduğunu, digərlərinin isə nisbətən yaxşı olduğunu bildirib.
Hadisə ilə bağlı Vaşinqton polisi araşdırma aparır.
Mehman Mehdiyev