Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək


Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək.

Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 2 seminarı 11-15 sentyabr tarixlərində Azərbaycan Voleybol Federasiyasında təşkil olunacaq.

FIVB-nin müəyyən etdiyi şərtlərə görə, seminarda yaşı 18-dən yuxarı olan və milli federasiyalar tərəfindən tövsiyə edilən mütəxəssislər iştirak edə bilərlər. İştirakçılar ingilis dilini bilməli, həmçinin onlar sağlam, fiziki və məşqçilik bacarıqlarına sahib olmalıdırlar. FIVB-nin tələblərinə görə, əvvəlki Level kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər.

Qeyd edək ki, FIVB-nin Bakıda Level 1 seminarı bu il 3-7 iyul tarixlərində keçirilib.

Oruc Niyazov
Xəbəri paylaş