Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başladı -ÖZƏL

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başladı


Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə start verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, təlimlər Cənubi Koreyada keçirilir və 11 gün davam edəcək.

Təlimdə 30 müxtəlif sahə tədqiqatının aparılması planlaşdırılır. Builki təlimdə qoşunlara sürətli döyüşə hazırlaşmaq proseduru və Şimali Koreya tərəfindən yayıla biləcək dezinformasiyaya qarşı mübarizə metodu da keçiləcək.

Təlimdə ABŞ və Cənubi Koreya ilə yanaşı BMT-nin Avstraliya, Kanada, Fransa, İngiltərə, Yunanıstan, İtaliya, Yeni Zelandiya, Filippin, Tailand və Cənubi Koreyadakı komandanlığı da iştirak edəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş