Atlantik Okeanı ilə Sakit Okeanı birləşdirən dünyanın ən mühüm kanallarından biri olan Panama kanalında quraqlıq səbəbindən gəmilərin keçidi məhdudlaşdırılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, kanal vasitəsilə tranzit keçidlərin maksimum sayı sentyabrın 2-dək gündə 32 gəmi ilə məhdudlaşdırılacaq. Bu da qlobal ticarətə zərbə vura bilər.
Dünyanın ən işlək ticarət keçidlərindən biri olan kanalda yaşanan sıxlıq tez-tez su yolundan istifadə edən şirkətləri alternativ yollar axtarmağa vadar edirdi.
Qeyd edək ki, Panama Kanalı Çin və ABŞ arasında ticarət edən böyük pərakəndə satıcılar və enerji şirkətləri də daxil olmaqla bir çox yükgöndərənlər üçün xərcləri və tranzit vaxtlarını azaldır.
Mehman Mehdiyev